...

Bakıda yeni taksilərin xidmət tariflərinin azaldılması planlaşdırılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyul 2011 16:01 (UTC +04:00)
Sabahdan London Taxi TX4 yeni avtomobillər parkının idarəedicisi "Baku Taxi Company" sərnişinlərin daşınması üzrə tariflərin azadılmasını planlaşdırır.
Bakıda yeni taksilərin xidmət tariflərinin azaldılması planlaşdırılır

Azərbaycan, Bakı, 4 iyul /Trend/

Sabahdan London Taxi TX4 yeni avtomobillər parkının idarəedicisi "Baku Taxi Company" sərnişinlərin daşınması üzrə tariflərin azadılmasını planlaşdırır. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Nəqliyyat Nazirliyindən məlumat verilib.

Nazirlik nümayəndəsinin sözlərinə görə, bu məsələnin gün ərzində həll olunacağı gözlənilir.

Hazırda sərnişin minərkən bir manat və hər bir kilometrə görə 0,7 manat ödəyir. Yeni tarif cədvəlinə görə, tarif məsafədən asılı olaraq dəyişəcək. 10 kilometr məsafəyə qədər tarif əvvəlki kimi, yəni 0,7 manat qalacaq. 10 kilometrdən 20 kilometrədək bir kilometr üçün 0,4 manat, 20 kilometrdən yuxarı məsafəyə bir kilometr üçün 0,2 manat təşkil edəcək.

Bakıya artıq 100 ədəd bənövşəyi rəngli London Taxi TX4 avtomobili gətirilib. İlin sonunadək onların sayı 1000-ə çatdırılacaq.

Azərbaycan Nəqliyyat Nazirliyinin elan etdiyi "Bakıda taksi parkının London Taxi TX4 markalı avtomaşınlara dəyişdirilməsi" proqramı çərçivəsində yeni "Baku Taxi Company" şirkəti yaradılıb.

Bu şirkət tərəfindən yeni avtomobillərin xidmət tarifləri müəyyən edilib.

"Manganese Bronze Holdings PLC" və Çinin avtomobil istehsalçısı "Geely Automobile Holdings Limited"in birgə müəssisəsi olan "Shanghai LTI" şirkətinin bu taksilərinin 2011-ci ildə Bakıya tədarükü üzrə saziş London şirkəti üçün ən iri müqavilədir. Sifarişin ümumi dəyəri 27 milyon dollara yaxındır.

Azərbaycan Nəqliyyat Nazirliyindən bir qədər əvvəl bildirmişdilər ki, Bakıya ümumilikdə üç minədək yeni taksinin gətirilməsi planlaşdırlır.

Bakının və Azərbaycan regionlarının taksi ilə təmin olunması üçün müxtəlif istehsalçılardan ümumilikdə 7-8 min ədəd avtomobilin alınması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti