...

Azərbaycanda yüksək keyfiyyətli buğdanın qəbulu elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyul 2011 15:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir A.Axundov/

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün ölkədə istehsal olunmuş yüksək keyfiyyətli buğdanın tədarükü barədə elan verib.

Elanda bildirilib ki, "Dəvəçi-Dəyirman MMC", Karat-Holdinq, FATOĞLU, N. Quliyev adına Bakı-Taxıl, "Araz ASC" "Aveta", "EL" KM, "Bəxtiyar" İstehsalat-ticarət və "Neon" firması müəssisələri vasitəsilə cari ilin iyulun 1-dən sentyabrın 1-nə kimi yerli buğda istehsalçılarından Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli 105 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları"nın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş keyfiyyət göstəricilərinə cavab verən buğda qəbul edəcək. Bu tələblərə cavab verməyən buğda
alınmayacaq.

Taxıl Fondu buğdanı bir tonu 230 manatdan alacaq.

İyulun 23-nə rəsmi məzənnə 0,7865 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti