...

Respublika Nəzarət Toksikologiya Laboratoriyası Bakının bütün bazarlarında yemiş və qarpızları yoxlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyul 2011 13:17 (UTC +04:00)
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitariya Nəzarət Xidmətinin Respublika Nəzarət Toksikologiya Laboratoriyası Bakının bütün bazarlarında satılan yemiş və qarpızlarda nitratın miqdarını yoxlamaq niyyətindədir.
Respublika Nəzarət Toksikologiya Laboratoriyası Bakının bütün bazarlarında yemiş və qarpızları yoxlayır

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir İ.Xəlilova/

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitariya Nəzarət Xidmətinin Respublika Nəzarət Toksikologiya Laboratoriyası Bakının bütün bazarlarında satılan yemiş və qarpızlarda nitratın miqdarını yoxlamaq niyyətindədir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü laboratoriyanını rəhbədi Yaqub İbrahimov məlumat verib.

"Mövsümlə bağlı biz topdansatış bazarlarda bu kənd təsərrüfatı məhsullarının yoxlanılmasına başlamışıq, daha sonra nəzarət tədbirləri paytaxtın bütün, ondan artıq bazarında aparılacaq", - İbrahimov bildirib.

Onun sözlərinə görə, "8-ci kilometr" qəsəbəsindəki topdansatış bazarında yoxlamalar zamanı Sabirabad və Kürdəmir rayonlarından gətirilən yemişlərdə nitratın miqdarının çox olduğu aşkar edilib.

"Laboratoriya analizlərinin yeni nəticələri əldə olunana kimi onların satışına qadağa qoyulub. Kənd təsərrüfatı məhsulları yetişdirilərkən nitrat gübrələrindən istifadə təbiidir, lakin hər şey onun qatılığından asılıdır. Bu o demək deyil ki, bütün məhsul istifadə üçün yararsızdır", - İbrahimov deyib.

Bununla yanaşı, onun fikrincə, Azərbaycanda kənd təsərrüfatı məhsulları yetişdirilərkən nitrat gübrələrindən 5-6 dəfə istifadə olunursa, xarici ölkələrdən idxal olunan məhsullarda 15-20 dəfə istifadə olunur ki, bu da yerli məhsulun ekoloji cəhətdən daha təhlükəsiz olması faktını təsdiqləyir.

Hazırda yemişin tərkibində böyük miqdarda gübrələrin olmasının aşkar edilməsi ilə əlaqədar laboratoriyada yeni nümunələrin yoxlanılması aparılır. "Belə faktlar aşkar edilərkən götürülən məhsulun məhv edilməsi üçün bütün lazımi təşkilatlara xəbərdarlıq edilir", - laboratoriya rəhbəri bildirib.

Xəbər lenti

Xəbər lenti