...

Hindistan Azərbaycanın kənd təsərrüfatı sektorunda birbaşa iştirakda maraqlıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyul 2011 17:27 (UTC +04:00)
Hindistan Azərbaycanın kənd təsərrüfatı sektorunda birbaşa iştirakda maraqlıdır.
Hindistan Azərbaycanın kənd təsərrüfatı sektorunda birbaşa iştirakda maraqlıdır

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir A.Axundov/

Hindistan Azərbaycanın kənd təsərrüfatı sektorunda birbaşa iştirakda maraqlıdır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Hindistanın Azərbaycandakı səfiri Debnat Şou "Hindistanda investisiya qoyuluşları və biznesin aparılması" mövzusunda Azərbaycan-Hindistan biznes forumunun yekunları üzrə deyib.

"Azərbaycan və Hindistan kənd təsərrüfatı sahəsində əməkdaşlıq edirlər. Azərbaycan artıq Hindistandan bir sıra kənd təsərrüfatı mallarını idxal edir, lakin Hindistan Azərbaycanın kənd təsərrüfatı sektorunda birbaşa iştirakda maraqlıdır", - Şou bildirib.

Onun fikrincə, buna sübut Azərbaycana ötən ilin oktyabrında Pəncab ştatının kənd təsərrüfatı sektorunun nümayəndələrinin səfəri olub.

"Hindistan sahibkarları Azərbaycanda çayın becərilməsi və emalına, heyvandarlığın inkişafına investisiyalar yatıra bilərlər", - Şou qeyd edib.

Onun sözlərinə görə, strateji hesab edilən müdafiə və dəmiryol kimi 4-5 sahədən başqa, Hindistan iqtisadiyyatının bütün sahələri xarici investisiyalar üçün açıqdır.

"Dövlət yollar, aeroportlar, məktəb və xəsətəxanalar kimi infrastrukturla əlaqəli sektorları xarici investisiyalar üçün prioritet hesab edir. Lakin heç də həmişə dövlətin prioritetləri özəl sektorun prioritetləri ilə üst-üstə düşmür. Demək olar ki, Hindistan iqtisadiyyatının bütün sektorları xarici investisiyalar üçün açıqdır", - Şou qeyd edib.

Səfirin dediyinə görə, ötən il Azərbaycan və Hindistan arasında ticarət dövriyyəsi 330 milyon dollar təşkil edib, lakin 2011-ci ilin artıq ilk beş ayı ərzində bu səviyyə üstələnib. Ticarət dövriyyəsinin çox hissəsi Azərbaycandan Hindistana neft məhsullarının ixracının payına düşür. Qeyri-neft sektoru məhsullarının payına təqribən 50 milyon dollar düşüb.

Xəbər lenti

Xəbər lenti