...

Azərbaycanda keyfiyyətsiz sərinləşdirici içkilər istehsalçısına maliyyə sanksiyası tətbiq edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyul 2011 18:23 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti "Cem Ltd" MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı "Bonjus" və "Lili" əmtəə nişanlı aromatlaşdırılmış sərinləşdirici içkilərin müvafiq reseptura olmadan istehsal edilməsi faktını aşkar edib.
Azərbaycanda keyfiyyətsiz sərinləşdirici içkilər istehsalçısına maliyyə sanksiyası tətbiq edilib

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir N.İsmayılova/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti "Cem Ltd" MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı "Bonjus" və "Lili" əmtəə nişanlı aromatlaşdırılmış sərinləşdirici içkilərin müvafiq reseptura olmadan istehsal edilməsi faktını aşkar edib. Trend-in məlumatına görə, bu barədə nazirliyin cümə günü yaydığı məlumatda deyilir.

Xırdalan şəhəri, H.Əliyev küçəsi, ev 50 ünvanında yerləşən istehsal sahəsində "Lili" əmtəə nişanlı sərinləşdirici içkilərin etiketində məhsulun keyfiyyət və təhlükəsizlik göstəricilərini ifadə edən normativ sənədin göstərilməməsi, habelə "Bonjus" əmtəə nişanlı sərinləşdirici içkilərin etiketlərində saxlama temperaturunun və qida dəyərində üzvi turşuların miqdarının qeyd edilməməsi də aşkarlanıb. Faktla bağlı Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

"Haqsız rəqabət haqqında" qanununun tələblərini pozduğuna görə "Cem Ltd" MMC-yə 7,6 min manat maliyyə sanksiyası tətbiq edilib.

İyulun 29-na olan rəsmi məzənnə 0,7866 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti