...

Azərbaycan bankı "Parabank" nümunəvi müştərilər üçün Loyallıq layihəsinin həyata keçirilməsinə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Avqust 2011 12:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 avqust /Trend/

Müstəqil Azərbaycanın ilk özəl banklarından biri olan "Parabank" hazırda 30 000-dən artıq hüquqi və fiziki şəxsə xidmət göstərir. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə axşamı yaydığı məlumatda deyilir.

"Müştərilərin sayını artırmaqla yanaşı, "Parabank" əməkdaşlıq etdiyi müştərilərin məmnunluğunu və rahatlığını əsas məqsəd kimi qarşısına qoyur", - məlumatda deyilir.

Məhz bu baxımından 2011-ci ilin iyul ayından etibarən "Parabank" loyallıq layihəsinə start verib. Bu layihənini tətbiqi ilə "Parabank" bir neçə məqsədlər güdür.

Əsas məqsəd - daimi və etibarlı müştərilər üçün əlverişli və faydalı şərtlər yaratmaqla məmnunluğunu qazanmaq və əməkdaşlığı möhkəmləndirmək. Digər məqsəd isə - sosial xarakteri daşıyır və banka müraciət edən vətəndaşları kredit alarkən yaranan bütün öhdəliklər haqqında təlimatlandırmaqdan və onların müsbət kredit tarixcələrinə sahib olmaqlarını təmin etməkdən ibarətdir.

"Parabank" loyallıq proqramı çərçivəsində etibarlı və daimi müştərilərinə növbəti kreditin alınmasında mühüm güzəştlər tətbiq edir - faiz dərəcələrində, komision haqqında, müddətində, güzəşt dövründə və s.

Əlavə məlumat üçün "Parabank"ın 139 məlumat mərkəzinə müraciət edə bilərsiniz.

Xəbər lenti

Xəbər lenti