...

Azərbaycan daşınmaz əmlakın idarə edilməsi sahəsində inkişaf konsepsiyasını hazırlayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Avqust 2011 13:51 (UTC +04:00)
Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsinin təşkilatçılığı ilə 2011-ci il 6-7 oktyabrda Bakıda "Milli məkan məlumatları və daşınmaz əmlakın vahid kadastrı infrastukturunun əmlakın müasir idarəetmə sistemində rolu" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.
Azərbaycan daşınmaz əmlakın idarə edilməsi sahəsində inkişaf konsepsiyasını hazırlayacaq

Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir N.İsmayılova/

Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsinin təşkilatçılığı ilə 2011-ci il 6-7 oktyabrda Bakıda "Milli məkan məlumatları və daşınmaz əmlakın vahid kadastrı infrastukturunun əmlakın müasir idarəetmə sistemində rolu" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

Konfrans Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyinə həsr edilib. Trend-in məlumatına görə, bu barədə dövlət komitəsinin "Mülkiyyət" qəzetindəki məlumatda deyilir.

Tədbirdə Avropa, MDB, Baltika ölkələrinin daşınmaz əmlakın qeydiyyatı sahəsində dövlət orqanlarının nümayəndələri, alimlər, ekspertlər, praktiki işçilər, İT mütəxəssislər və özəl sektorun nümayəndələri iştirak edəcəklər.

İkigünlük konfrans çərçivəsində bu sahədəki beynəlxalq təcrübə, institutsional və qanunvericilik aspektləri öyrəniləcək, inkişaf konsepsiyasının yaradılması üzrə təkliflərə baxılacaq. Kofrans çərçivəsində Azərbaycanın kadastr və qeydiyyat agentliklərinin fəaliyyəti, onların işinin NSDI və INSPIRE-in təşəbbüslərinə uyğunlaşdırılması, kadastr və daşınmaz əmlakın qeydiyyatı üzrə elektron xidmətlərin göstərilməsi, daşınmaz əmlakın qiymətləndirilməsi məsələləri kimi problemlər müzakirə ediləcək.

Konfransın yekunları üzrə beynəlxalq təcrübənin təhlili əsasında Azərbaycan üçün əlverişli olan inkişaf konsepsiyasının yaradılması ilə bağlı təkliflər hazırlanacaq.

Xəbər lenti

Xəbər lenti