...

Azərbaycan banklarında ani likvidlik əmsalı normativi 2 dəfə üstələyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Avqust 2011 14:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir N.İsmayılova/

İlin birinci yarısında Azərbaycanda kreditlərin daha stabil resurslar hesabına maliyyələşdirilməsi müşahidə edilib. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) maliyyə sabitliyi haqqında hesabatında deyilir.

Kreditlərin depozitlərə nisbəti hesabat dövrü ərzində 174 faizdən 155 faizə düşüb. Banklar tərəfindən aktiv və passiv strukturlarının optimallaşdırılması və onlar arasında müddət fərqinin azaldılması bank sektorunun likvidlik riskinin azalmasına təsir göstərib.

Hesabat dövrü ərzində bank sisteminin likvidlik riskləri qənaətbəxş səviyyədə idarə olunub. Likvid aktivlərin məcmu aktivlərə nisbəti 16-19 faiz səviyyəsində qalaraq cari öhdəlikləri 56-78 faiz üstələyib. Ani likvidlik əmsalı 30 fazilik minimal səviyyəni 2 dəfə üstələyib və 77-110 faiz təşkil edib.

İlin birinci yarısının sonuna likvid aktivlər stukturunda nağd vəsaitlərin, nostro hesabların və dövlət qiymətli kağızlarının payına müvafiq olaraq 26, 40 və 17 faiz düşüb. İlin əvvəlinə bankların artıq likvidliyi şəraitində AMB-nin bank hesablarında olan vəsaitlərin xüsusi çəkisi 31 faiz, iyunun sonuna 17 faiz təşkil edib.

Məzənnə risklərinin azaldılması məqsədilə aktiv və öhdəliklərin valyuta strukturu balanslaşdırılıb. Belə ki, iyulun 1-nə xarici valyutada olan aktivlər 44 faiz, öhdəliklər 54 faiz təşkil edib.

İlin birinci yarısında kredit portfelinin keyfiyyəti məqbul səviyyədə qalıb. Kredit portfelinin keyfiyyəti məqbul səviyyədə qalıb və 6,3 faizi vaxtı keçmiş kreditlərdən, portfelin 8,5 faizi qeyri-standart, o cümlədən 5 faizi qeyri-işlək kreditlərdən ibarət olub.

İyulun 1-nə olan məlumata görə, kreditlər üzrə yaradılan ehtiyatlar portfelin 8,6 faizini təşkil edərək ilin əvvəlindən 0,7 faiz artıb.

Xəbər lenti

Xəbər lenti