...

Azərbaycan Maliyyə Monitorinqi Xidmətinin məlumat bazası iyulda 15 faiz genişlənib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Avqust 2011 19:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir N.İsmayılova/

İyulda Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinə şübhəli və cari əməliyyatlar üzrə 22 646 məlumat daxil olub. Bu barədə cümə axşamı xidmətdən məlumat verilib.

İyul ərzində bu göstərici 14,9 faiz artıb. 2011-ci ilin əvvəlindən xidmətə 131 297 məlumat daxil olub.

Yanvarda xidmətə 15 369, fevralda 16 210, martda 18 143, apreldə 19 738, mayda 19 478, iyunda 19 713 müraciət daxil olub.

Monitorinq xidməti kredit, sığorta və təkrar sığorta təşkilatları, qiymətli kağızlar bazarı və kredit təşkilatlarının peşəkar iştirakçıları, kredit təşkilatlarının lizinq xidmətləri, poçt şöbələri və digər təşkilatlar vasitəsilə pul köçürmələri, lombardlar, sərmayə fondları, qiymətli metal və daşlarla bağlı sövdələşmələr və onlardan düzəldilmiş məmulatlar, qeyri-hökumət və dini təşkilatlar, lotereya təşkilatçıları, daşınmaz əmlak alqı-satqısı üzrə xidməti göstərən şəxslər (rieltorlar), vəkillər, auditorlar, daşınmaz əmlakla bağlı sövdələşmələr, müştəri vəsaitləri, qiymətli kağızlar və əmlak, müştəri bank və depo hesablarının fəaliyyətini əhatə edir.

Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti 23 fevral 2009-cu il tarixində yaradılıb.

Xəbər lenti

Xəbər lenti