...

Azərbaycanın sığorta şirkəti "Azpetrol"un yanacaqdoldurma məntəqələrində OSAQO üzrə polisləri satmağa başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Avqust 2011 15:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 avqust /Trend, müxbir A.Axundov/

Azərbaycan Beynəlxalq Sığorta Şirkəti bu il "Azpetrol" şirkətinin yanacaqdoldurma məntəqələrində avtonəqliyyat vasitələri sahiblərinin məsuliyyətinin icbari sığortasının polislərinin satışına başlayır. Bu barədə Trend-ə şirkətin idarə heyətinin sədri Sadıx Məmmədov deyib.

"OSAQO üzrə polislərin satış şəbəkələrinin genişləndirilməsi məqsədilə biz "Azpetrol" şirkəti ilə onun yanacaqdoldurma məntəqələrində bu polislərin satılması barədə razılığa gəlmişik", - Məmmədov qeyd edib.

Onun sözlərinə görə, agent şəbəkəsinin və sığortanın pərakəndə satşının inkişafı məqsədilə bu yaxınlarda şirkət Bakıda Heydər Əliyev prospektində yerləşən üçüncü müştəri xidmətləri mərkəzini açıb.

"Bizim belə ofislərimiz metronun "Gənclik" və "Xətai" stansiyalarında da var. Bu ofislərin işi səmərəli, rentabelli olsa və onların sayının artırılmasına ehtiyac yaransa, biz ofisləri açmağı davam etdirəcəyik", - Məmmədov əlavə edib.

Onun sözlərinə görə, indi şirkət təxminən 100 sığorta agenti ilə işləyir.

"Bizim başlıca məqsədimiz agentlərin sayının artırılması yox, onların köməyi ilə məhsullarımızın satış həcminin artırılmasıdır", - Məmmədov vurğulayıb.

Onun sözlərinə görə, şirkətin bu il ölkə regionlarında filialların sayının artırılması üzrə planları yoxdur.

"Bizim Sumqayıt, Şəki və Gəncədə 3 filialımız var. Yaxın gələcəkdə yeni filialların açılması ilə bağlı planımız yoxdur", - Məmmədov bildirib.

Azərbaycan beynəlxalq Bankı tərəfindən yaradılan Beynəlxalq Sığorta Şirkəti nizamnamə kapitalına görə (8,8 milyon manat) Azərbaycanın ən böyük sığorta şirkətlrəindən biridir. Şirkət 5 fevral 2002-ci ildə qeydiyyatdan keçib və 1 aprel 2002-ci ildən lisenziyalaşdırılmış sığorat şirkəti kimi fəaliyyət göstərir. Beynəlxalq Sığorta Şirkəti müştərilərə sığortanın 37 könüllü və icbari növü üzrə xdimətlər göstərir.

Avqustun 15-nə olan rəsmi məzənnə 0,7866 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti