...

Beynəlxalq Sığorta Şirkəti müştərilərə xidmət üzrə yeni Xidmət bölməsini açıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Sentyabr 2011 12:12 (UTC +04:00)
Azərbaycanın aparıcı sığorta şirkətlərindən biri "Beynəlxalq Sığorta Şirkəti" MMC daha keyfiyyətli xidmətlər təklif etmək üçün müştərilərə xidmət üzrə Heydər Əliyev prospektində yerləşən yeni ofis açıb.
Beynəlxalq Sığorta Şirkəti müştərilərə xidmət üzrə yeni Xidmət bölməsini açıb

Azərbaycan, Bakı, 1 sentyabr /Trend/

Azərbaycanın aparıcı sığorta şırkətlərindən biri olan "Beynəlxalq Sığorta Şırkəti" ASC xidmət şəbəkəsinin genişləndirilməsi və müştərilərə daha da keyfiyyətli xidmətlərin göstərilməsi məqsədi ilə növbəti Xidmət bölməsini müştərilərin istifadəsinə təqdim etmişdir. H.Əliyev prospektində yerləşən bu yeni Xidmət bölməsinin yaradılmasında əsas məqsədlərdən biri də, müştərilərə daha yaxın olmaq və onların rahatlığını təmin etməkdir.

Xidmət bölməsində BSŞ-nin müştəriləri bütün sığorta növləri üzrə sığorta şəhadətnamələri əldə etmək imkanlarına malik olacaqlar.

Xidmət bölməsinə müraciət etmək istəyən şəxslər Heydər Əliyev prospekti 56 ünvanına yaxınlaşmaqla və ya da (+99412) 567 81 57 nömrəsinə zəng vurmaqla əməkdaşlarla əlaqə saxlaya bilərlər.

Respubliikamızın paytaxtı ilə yanaşı onun regionlarının sakinlərinə də geniş spektrli sığorta xidməti göstərən Beynəlxalq Sığorta Şirkəti müştərilərin rahatlığının təmin olunması məqsədi ilə filial və xidmət ofisləri şəbəkəsinin genişləndirilməsi istiqamətində işlərini davam etdirir.

BSŞ hazırda fəaliyyətdə olan filiallarının və xidmət ofislərinin yenilənmiş siyahısını bir daha öz müştərilərinin diqqətinə çatdırır.

Baş ofis
Bakı ş., C.Cabbarli küçəsi 40c
Теl.: (994 12) 596 22 02
Faks: (994 12) 596 22 12
Bütün mobil operatorlardan *1000 nomrəsini yığaraq zəng edə bilərsiniz.

İddialar departamenti (Nərimanov ofisi)
Ünvan: Bakı ş., K.Rəhimov küç. 22
Теl.: (994 12) 564-07-79
(994 12) 564-07-69
Faks: (994 12) 465-79-76
Bütün mobil operatorlardan *1001 nomrəsini yığaraq zəng edə bilərsiniz.

Fərdi Sığorta şöbəsi (Xətai ofisi)
Bakı ş., N.Rəfiyev küç. 17/26
Теl.: (994 12) 496-71-01
(994 12) 496-71-02
Faks:(994 12) 496-71-03
Bütün mobil operatorlardan *1002 nomrəsini yığaraq zəng edə bilərsiniz.

Xidmət bölməsi

Bakı ş., H.Əliyev prospekti 56

Tel: (994 12) 567 81 57
Fax: (994 12) 566 04 80

Gəncə filialı

Gəncə şəhəri, Zardabi küç., 210
Теl.: (994 22) 560 288
Faks: (994 22) 560 288

Şəki filialı

Şəki şəhəri. M.Rəsulzadə küç. 149
Теl.: (994 177) 4-51-50
Faks: (994 177) 4-89-00

Sumqayıt filialı

Sumqayıt şəh., Azadlıq küç. 7, məhəllə 3, ev 6/21
Tel.: (994 18) 654 08 83

Məlumat üçün bildiririk ki, "Azərbaycan Beynəlxalq Bankı" ASC tərəfindən təsis edilən "Beynəlxalq Sığorta Şirkəti" ASC 2002 ci ildən fəaliyyətə başlamışdır. Hal hazırda BSŞ Azərbaycan sığorta bazarının ən iri sığorta şirkətlərindən biridir və beynəlxalq reytinqə malik yeganə sığorta şirkətidir. Reyting Moody's aqentliyi tərəfindən verilmişdir.

Xəbər lenti

Xəbər lenti