...

AZPROMO və JETRO Azərbaycan şərabının Yaponiyaya ixrac imkanını müzakirə ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Sentyabr 2011 18:18 (UTC +04:00)
Yaponiyanın Xarici Ticarətin İnkişafı üzrə təşkilatının (JETRO) Moskva nümayəndəliyinin əməkdaşları ilə Azərbaycanda şərab istehsalı ilə məşğul olan şirkətlər arasında görüş keçirilib.
AZPROMO və JETRO Azərbaycan şərabının Yaponiyaya ixrac imkanını müzakirə ediblər

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir N.İsmayılova/

Sentyabrın 6-da İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Yaponiyanın Xarici Ticarətin İnkişafı üzrə təşkilatının (JETRO) Moskva nümayəndəliyinin əməkdaşları ilə Azərbaycanda şərab istehsalı ilə məşğul olan şirkətlər arasında görüş keçirilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü nazirliyin yaydığı məlumatda deyilir.

Görüşün keçirilməsində məqsəd Azərbaycanda şərabçılığın mövcud vəziyyətinin öyrənilməsi və gələcəkdə yerli məhsulların Yaponiyaya ixrac edilməsidir. Bununla yanaşı, görüşdə 2012-ci ildə Yaponiyada keçiriləcək "Foodex Japan 2012" sərgisində Azərbaycan şirkətlərinin iştirakı və Azərbaycan istehsalı olan məhsulların nümayiş olunması üzrə müzakirələr aparılıb. Görüşdə JETRO və AZPROMO ilə yanaşı, şərab istehsalı ilə məşğul olan Azərbaycan şirkətlərinin nümayəndələri də iştirak ediblər.

Bakıya səfər çərçivəsində JETRO nümayəndələri "Abşeron", "Aqroazərinvest", "Tovuz Baltiya" və "Şərq ulduzu" sirkətlərində istehsal prosesi ilə tanış olublar.

Xəbər lenti

Xəbər lenti