...

Həştərxan vilayəti Azərbaycan biznesinin maraqlarını üç ölkənin vahid iqtisadi məkanında təmsil etməyə hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Sentyabr 2011 18:01 (UTC +04:00)
Azərbaycan və Rusiya Federasiyasının Həştərxan vilayətinin işgüzar dairələri nümayəndələrinin görüşü ölkələr arasındakı münasibətlərin inkişafına təkan verəcək.
Həştərxan vilayəti Azərbaycan biznesinin maraqlarını üç ölkənin vahid iqtisadi məkanında təmsil etməyə hazırdır

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan və Rusiya Federasiyasının Həştərxan vilayətinin işgüzar dairələri nümayəndələrinin görüşü ölkələr arasındakı münasibətlərin inkişafına təkan verəcək. Trend-in məlumatına görə, bunu Azərbaycan iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov vilayətin və ölkənin iqtisadi imkanlarının təqdimatında deyib.

"Azərbaycan daim tərəfdaş ölkələrlə ticarət əlaqələrini genişləndirir, buna görə də Rusiya ilə ticari-iqtisadi münasibətlər ildən-ilə bütün sahələrdə, o cümlədən qeyri-neft sektorunda inkişaf edir. Bu əməkdaşlığın ayrılmaz hissəsi də Rusiya vilayətləri ilə əlaqələrin genişləndirilməsidir", - nazir müavini bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycan və Həştərxan vilayəti arasında müxtəlif sahələrdə əməkdaşlıq tənzimlənib və bugünkü tədbirin məqsədi bu əməkdaşlığın inkişafı və ticarət əlaqələrinin genişləndirilməsidir.

"Azərbaycan həm ümumilikdə Rusiya, həm də regionumuz üçün strateji tərəfdaşlardan biridir. Odur ki, biz Azərbaycan hökumətinə üç dövlətin (Belarus, Qazaxıstan, Rusiya) 2012-ci il yanvarın 1-də işə salınacaq vahid iqtisadi məkanında Azərbaycan biznesinin maraqlarını təmsil etmək üçün Həştərxan vilayətinə bir meydança kimi baxmasını təklif etmişik", - vilayətin qubernatoru Aleksandr Jilkin bildirib.

"Ötən ilin nəticələrinə görə, Azərbaycanla Həştərxan vilayəti arasında əmtəə dövriyyəsi 12 milyon dollar olub, bu ilin sonunadək isə 30 milyon dollar səviyyəsinə çatacaq", - o deyib. Bu isə o deməkdir ki, tərəflər arasında xarici ticarət həcminin 2,5 dəfə artacağı gözlənilir.

Rusiya Federal Gömrük Xidmətinin göstəricilərinə görə, 2010-cu ildə Rusiyanın Azərbaycan ilə mal dövriyyəsi 1947,9 milyon dollar olub.

Xəbər lenti

Xəbər lenti