Azərbaycan, Bakı, 3 oktyabr /Trend/
Parabank 20 İllik yubiley münasibətilə müştərilərə "Hədiyyə" kreditini təqdim edir.
Trebnd-in məlumatına görə, bu krediti əldə edərkən Parabank hədiyyə olaraq müştərilərə ilk 2 ay ərzində faizləri hədiyyə edir. İki ay ərzində müştəri banka hec bir ödəniş etmir. Kredit üzrə ödənişlər isə 3-cü aydan etibarən aparılır.Bank xərcləri və digər komissiyalar cəmi 2% hesablanır.
"Hədiyyə" krediti oktyabr ayının 15-dən dekabr ayının 30-dək ,biznes əsasında verilən istehlak və aqro kreditləri əsasında verilir. Kreditin müddəti 12 aydan 36 ayadək, məbləği 10.000 manatadan 100.000 manatadək, faiz dərəcəsi aylıq 1.7%-dan başlayaraq.
Qeyd edək ki, bu məhsulu yaradaraq Parabank ilk öncə müştərilərilərini düşünüb.
Bu kreditdən yaralanmaq və ya əlavə məlumat əldə etmək üçün 139 Banka Zəng xidmətindən faydalana bilərsiniz!