...

Bakıda nəqliyyatın intellektual idarə olunması sisteminin istismara verilmə tarixi açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Oktyabr 2011 20:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Nəqliyyat Nazirliyi dekabrda Bakı şəhərində nəqliyyatın intelektual idarə olunması sistemini istismara verməyi planlaşdırır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı nəqliyyat naziri Ziya Məmmədov jurnalistlərə bildirib.

"Bakıda nəqliyyatın intellektual idarə olunması sisteminin yaradılması layihəsinin dəyəri dəyişməyib, bu məqsədlə nəzərdə tutulan vəsait işləri başa çatdırmaq üçün kifayət edəcək", - nazir deyib.

Azərbaycanda nəqliyyatın intellektual idarə olunması sistemini tətbiqi üç mərhələdə həyata keçiriləcək.

Nəqliyyatın intelektual idarə olunması sistemi onun fəaliyyət dairəsini genişləndirmək mümkünlüyü ilə hazırlanır. İlk mərhələdə intelektual sistem Bakı şəhərini əhatə edəcək, ikinci mərhələdə - Abşeron yarımadasını, sonuncu - üçüncü mərhələdə isə bütün respublikanı əhatə edəcək. Bütün 3 mərhələnin həyata keçirilməsindən sonra sistem mərkəzdən - Bakıdan idarə olunacaq.

Sitem ən müasir və qabaqcıl texnologiyalarla hazırlanır və nümunəvi bir sistemdir.

Sistem çərçivəsində avtobus dayanacağı üçün 639, taksi üçün 140 meydançanın yaradılması planlaşdırılır. Bu işlər intellektual sistemin yaradılması layihəsində iştirak edən Azərbaycanın yol polisi və Koreya mütəxəsislərinin birgə əməkdaşlığı ilə aparılır.

İntelektual sistem 150 yeni elektron tipli işıqforun quraşdırılmasını nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti