...

Azərbaycan sahibkarlarına "Incoterms-2010" yeni standartları təqdim olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2011 18:59 (UTC +04:00)
Azərbaycan sahibkarlarına "Incoterms-2010" beynəlxalq ticarətdə yeni qaydalar və standartlar təqdim olunub.
Azərbaycan sahibkarlarına "Incoterms-2010" yeni standartları təqdim olunub

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan sahibkarlarına "Incoterms-2010" beynəlxalq ticarətdə yeni qaydalar və standartlar təqdim olunub. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Adil Məmmədov bildirib.

Bu məqsədlə AZPROMO ölkənin İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə oktyabrın 13-14-də qeyri-neft sektorunda fəaliyyət göstərən sahibkarlar üçün seminarlar keçirir.

"Məlum olduğu kimi, son dövrlərdə Azərbaycanda istehsal olunan məhsulların rəqabətə davamlılığı artıb və yerli istehsalçılar öz məhsullarını dünyanın müxtəlif ölkələrinə ixrac edir. Beynəlxalq Ticarət Palatası tərəfindən "Incoterms-2010" məhsulların daşınması şərtlərinə dəyişikliklər edilib və bizim əsas məqsədimiz bu barədə sahibkarları məlumatlandırmaqdır", - Məmmədov deyib.

Onun sözlərinə görə, dəyişikliklər risklərin bölüşdürülməsi də daxil olmaqla, bir sıra sahələri əhatə edib.

"Seminarda 30 sahibkar iştirak edir. Seminarın sonunda onlara sertifikatlar veriləcək", - Məmmədov bildirib.

Seminar beynəlxalq ticarətdə qaydalar və standartlar, alıcı və satıcının vəzifələri, lisenziya alınması, daşınma barədə sənədlər, məhsulun qablaşdırılması məsələlərini əhatə edir.

Xəbər lenti

Xəbər lenti