...

Azərbaycan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin strukturu təsdiq edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Oktyabr 2011 20:35 (UTC +04:00)
Nazirlər Kabineti Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin strukturunu və işçilərinin say həddini təsdiq edib.
Azərbaycan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin strukturu təsdiq edilib

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Nazirlər Kabineti Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin strukturunu və işçilərinin say həddini təsdiq edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Nazirlər Kabinetinin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

Nazirlər Kabinetinin qərarına əsasən, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Aparatının və regional bölmələrinin işçilərinin say həddi 204 ştat vahidi, o cümlədən Xidmətin Aparatının işçilərinin say həddi 75 ştat vahidi müəyyən edilib.

Xidmətin strukturu belə müəyyənləşdirilib: Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Aparatı və Xidmətin regional bölmələri.

Xəbər lenti

Xəbər lenti