...

Aİ AYİB-in Azərbaycandakı proqramlarının həyata keçirilməsini maliyyələşdirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Oktyabr 2011 18:39 (UTC +04:00)
Aİ 2010-2013-cü illərdə Avropa Yenidənqurma və İnkişaf Bankının "Turn Around Management" (TAM) və biznes-məsləhət xidməti (BAS) proqramlarının həyata keçirilməsinə 10 milyon avroya qədər vəsait ayıracaq.
Aİ AYİB-in Azərbaycandakı proqramlarının həyata keçirilməsini maliyyələşdirəcək

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir N.İsmayılova

Avropa İttifaqı (Aİ) 2010-2013-cü illərdə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) "Turn Around Management" (TAM) və biznes-məsləhət xidməti (BAS) proqramlarının həyata keçirilməsinə 10 milyon avroya qədər vəsait ayıracaq. Trend-in məlumatına görə, bunu cümə günü AYİB-in Bakı ofisinin rəhbəri Frensis Deley layihənin rəsmi təqdimatı zamanı deyib.

Onun sözlərinə görə, bu, regionda 60 TAM və 500 BAS layihəsinin həyata keçirilməsinə imkan verəcək.

"Aİ bu layihələrin həyata keçirilməsinə artıq beş milyon dəyərində əlavə vəsait ayırıb. Bu layihələr böyük, orta və kiçik müəssisələr üçün təcrübəli məsləhətçilərə birbaşa kömək edir və onların bazar iqtisadiyyatının tələblərinə uyğunlaşmasına yardımçı olur", - Deley deyib.

BAS proqramı Azərbaycanda 2003-cü ildən işləməyə başlayıb və hazırda donorlar tərəfindən 615 layihənin həyata keçirilməsinə 4,5 milyon avro ayrılıb.

BAS proqramının Azərbaycan üzrə rəhbəri Lalə Rzayevin sözlərinə görə, 2011-ci ilin aprelindən ölkədə dəyəri 175,9 min avro olan 30 BAS proqramının həyata keçirilməsinə start verilib.

Layihələr 2-10 il əvvəl yaradılan, 50-dən az əməkdaşı olan və qida, tekstil, turizm və İKT kimi sahələrdə fəaliyyət göstərən kiçik şirkətlərdə maliyyələşdirilir.

Xəbər lenti

Xəbər lenti