...

Azərbaycan Maliyyə Nazirliyinin nümayəndələri Ümumdünya İqtisadi Forumunda iştirak ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Oktyabr 2011 13:39 (UTC +04:00)
21-23 oktyabr 2011-ci il tarixində İordaniya Haşimiyyə Krallığının paytaxtı Əmman şəhərində hər il ənənəvi olaraq keçirilən Ümumdünya İqtisadi Forumunun Yaxın Şərq və ərəb dünyasının iqtisadi inkişafına və iş yerlərinin açılmasına həsr olunmuş xüsusi iclası keçirilmişdir.
Azərbaycan Maliyyə Nazirliyinin nümayəndələri  Ümumdünya İqtisadi Forumunda iştirak ediblər

Azərbaycan, Bakı, 25 oktyabr /Trend/

21-23 oktyabr 2011-ci il tarixində İordaniya Haşimiyyə Krallığının paytaxtı Əmman şəhərində hər il ənənəvi olaraq keçirilən Ümumdünya İqtisadi Forumunun Yaxın Şərq və ərəb dünyasının iqtisadi inkişafına və iş yerlərinin açılmasına həsr olunmuş xüsusi iclası keçirilmişdir.

Konfransda Azərbaycanı maliyyə naziri Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir.

Ümümdünya İqtisadi Forumunun işində Yaxın Şərq və Ərəb ölkələrinin yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, 700-ə qədər iri şirkətin rəhbər şəxsləri, habelə 50-dən çox ölkənin vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri iştirak etmişlər.

Forumda çıxış edən İordaniya kralı II Abdullah ərəb ölkələrində siyasi və iqtisadi islahatların, habelə sənayenin inkişafının təmin olunmasının vacibliyini qeyd edərək 85 milyon yeni iş yerinin açılmasına ehtiyac olduğunu vurğulamışdır.

Ümumdünya İqtisadi Forumunun prezidenti Klaus Şvab dünyada hökm sürən iqtisadi və maliyyə böhranına qarşı ölkələrin və transmilli şirkətlərin fərdi qaydada apardıqları mübarizənin yetərli olmadığını, bu istiqamətdə səylərin birləşdirilməsinin və birgə fəaliyyətin zəruriliyini qeyd etmişdir.

Ümumdünya İqtisadi Forumu dünya dövlətlərinin rəhbərləri vasitəsi ilə iqtisadi sahələr üzrə qlobal və regional əməkdaşlığının inkişafında iştirak edən müstəqil beynəlxalq təşkilatdır və fond kimi 1971-ci ildə İsveçrənin Cenevrə şəhərində yaradılmışdır.

Xəbər lenti

Xəbər lenti