...

SKMF Saatlı rayonu üçün investisiya layihələrini tam maliyyələşdirməyə hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Noyabr 2011 15:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 noyabr /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) bu gündən etibarən Saatlı rayonunda prioritet sahələrin inkişafı üzrə investisiya layihələrinin qəbuluna başlayıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı nazirliyin yaydığı məlumatda deyilir.

Azərbaycan Prezidentinin təsdiq etdiyi "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq, oktyabrın 28-də Saatlı rayonunun Qıraqlı kəndində "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirilib.

Tədbir çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Saatlı rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- taxılçılıq və ya toxumçuluq təsərrüfatlarının yaradılması;
- intensiv bağçılıq (nar) təsərrüfatının yaradılması;
- kiçik həcmli müasir meyvə-tərəvəz emalı müəssisəsinin yaradılması.

Sahibkarlar yuxarıda qeyd olunan sahələr üzrə nümunəvi layihələrini SKMF-dən əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək.

Bu gündən etibarən sahibkarlar investisiya layihələri maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar: Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: [email protected]

Xəbər lenti

Xəbər lenti