Azərbaycan, Bakı, 11 noyabr / Trend, müxbir E.İsmayılov /
Perspektivdə ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) özünün on faizlik payını "Atəşgah" sığorta şirkətinə satmaq niyyətindədir. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev məlumat verib.
"Biz öz kiçik payımızı tender əsasında sığorta şirkətinə satmaq istəyirik", - Abdulalyev deyib.
Onun sözlərinə görə, 2012-ci il yanvarın 1-dən ARDNŞ icbari tibbi sığortaya keçmək niyyətindədir.
"Bununla əlaqədar biz tibb müəssisələrini, eləcə də Dövlət Neft Şirkətinin balansında olan Neftçilər xəstəxanasını ölkənin Səhiyyə Nazirliyinə vermək istəyirik", - ARDNŞ-nin rəhbəri bildirib.
Abdulalyev ARDNŞ-nin qeyri-profilli aktivlərdən imtina etməsini "maraqlar münaqişəsi yaratmaq" arzusunda olmaması və "Dövlət Neft Şirkətinin işçilərinin sığorta şirkətlərində müstəqil sığortalanmaları və onlara ölkənin tibb müəssislərində qulluq edilmələri" ilə izah edib.
"Atəşgah" Sığorta Şirkəti 1996-cı ilin sonunda təsis edilb və Bakıda altı ofisə, Azərbaycan ərazisində altı regional nümayəndəliyə malikdir. , 1997-ci ildə sığorta fəaliyyəti göstərmək üçün müvafiq lisenziya alıb.
Şirkətin səhmdarları "ISR Holding" (63 faiz), RANEXIM (27 faiz) və ARDNŞ (on faiz) şirkətləridir.
2010-cu ilin nəticələrinə əsasən, "Atəşgah" SQ Azərbaycan sığorta şirkətlərinin renkinq siyahısında 3-cü yerdə durur. Bu dövr ərzində qrupun sığorta haqları 15,6 mln. manat, ödənişləri isə 5,3 mln. manat təşkil edib. "Atəşgah" Sığorta Qrupu müştərilərinə 20-dən artıq sığorta növü üzrə xidmət göstərir.