...

Böyük Britaniya İran bankları ilə əlaqələri dayandırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Noyabr 2011 21:00 (UTC +04:00)
Böyük Britaniya İranla olan bütün maliyyə əlaqələrini dayandıracağını açıqlayıb.
Böyük Britaniya İran bankları ilə əlaqələri dayandırır

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir M.Salmanov/

Böyük Britaniya İranla olan bütün maliyyə əlaqələrini dayandıracağını açıqlayıb. Belə ki, ölkənin maliyyə naziri Corc Osbornun verdiyi açıqlamaya əsasən, mövcud sanksiya çərçivəsində İran Mərkəzi Bankı daxil olmaqla, istənilən İran bankı ilə əlaqə qurulmasının qarşısı alınacaq. Bu barədə Trend bazar ertəsi Türkiyənin "Milliyyət" qəzetinə istinadən məlumat verir.

Osbornun açıqlamasından sonra Britaniyadakı bütün kredit və maliyyə qurumları İranın maliyyə qurumları ilə iş əlaqələrinin və pul köçürmələrinin dayandırılmasına çağırılıb. Məlumata əsasən, Britaniyanın yeni maliyyə sanksiyası İranın nüvə silahı fəaliyyəti ilə bağlıdır.

Britaniyada 2008-ci ildən qüvvəyə minən "Terrorla mübarizə" qanunu çərçivəsində ilk dəfə bir ölkənin bank sektorunun Britaniya ilə əlaqəsi dayanır.

Xəbər lenti

Xəbər lenti