Gürcüstan, Tbilisi, 20 dekabr /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstan və Azərbaycan birlikdə Avropa ilə Asiya arasında nəqliyyat dəhlizinin regional mərkəzini yaradırlar. Trend-in məlumatına görə, bu barədə Gürcüstanın Baş naziri Nika Qilauri çərşənbə axşamı Tbilisidə Gürcüstan-Azərbaycan hökumətlərarası komissiyasının iclasından sonra deyib.
Onun sözlərinə görə, Gürcüstan və Azərbaycan Avropa ilə Asiya arasında nəqliyyat və enerji körpüsünə çevrilir.
"Ölkələrimiz neft-qaz magistrallarının, Asiya və Avropanı birləşdirən dəmir yollarının qovşağına çevrilir və bu, bizim inkişafımıza kömək edir", - o qeyd edib.
Qilauri bir daha qeyd edib ki, Gürcüstan və Azərbaycan çox yaxşı münasibətlərə malikdirlər.
"Bu, ilk növbədə, əhalimizin vəziyyətinin yaxşılaşmasına yönəlmiş tərəfimizdən həyata keçirilən regional layihələrə təsir edir", - o qeyd edir.
Gürcüstanın Baş naziri iki ölkə arasında münasibətlərin təkcə birgə layihələrlə məhdudlaşmadığını xüsusilə qeyd edib.
"Biz Gürcüstanda Azərbaycan investisiyalarının çoxalması və turist axınının artmasından çox şadıq", - o qeyd edib.
İclasın yekunları üzrə protokol imzalanıb.