...

Azərbaycan banklarının ümumi aktivləri noyabrda maksimum həddə çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Yanvar 2012 10:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 yanvar / Trend, müxbir N.İsmayılova/

2011-ci il dekabrın əvvəlinə olan məlumata görə, Azərbaycan banklarının aktivləri cari il ərzində maksimum həddə çataraq 13,665 milyard manat olub ki, bu da noyabr ayı ərzində 1,2 faiz, 2011-ci ilin əvvəli ilə müqayisədə isə 2,8 faiz çoxdur. Bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatında deyilir.

İnvestisiya qoyuluşları ötən ilin 11 ayının yekunları üzrə 1,27 milyard manat təşkil edib. Ölkənin maliyyə sektoruna verilən kredit və depozitlərin həcmi hesabat dövründə 550,3 milyon manat, müştərilərə verilən kreditlər 8,9 milyard manat, müxbir hesablarında vəsaitlər 1039,8 milyon manat, nağd vəsaitlər 614,3 milyon manat olub.

2011-ci il dekabrın 1-nə olan vəziyyətə görə, Azərbaycan banklarının ümumi öhdəlikləri 11,31 milyard manat təşkil edərək noyabr ayında 1,4 faiz artıb. Bunun 6,23 milyard manatı depozitlərin, 4,25 milyard manatı maliyyə bazarından alınan kredit və depozitlərin payına düşür.

Azərbaycanda 44 bank fəaliyyət göstərir.

Yanvarın 6-na rəsmi məzənnə 0,7865 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti