...

Vergilər Nazirliyinin telefon məlumat xidməti vasitəsilə cavablandırılan müraciətlərin sayı artır

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Yanvar 2012 17:41 (UTC +04:00)
2011-ci il ərzində Vergilər Nazirliyinin 195 telefon məlumat xidmətində vergi ödəyiciləri və ümumilikdə əhalidən daxil olmuş 243 362 sayda müraciət cavablandırılıb.
Vergilər Nazirliyinin telefon məlumat xidməti vasitəsilə cavablandırılan müraciətlərin sayı artır

Azərbaycan, Bakı, 10 yanvar /Trend/

2011-ci il ərzində Vergilər Nazirliyinin 195 telefon məlumat xidmətində vergi ödəyiciləri və ümumilikdə əhalidən daxil olmuş 243 362 sayda müraciət cavablandırılıb, vergi ödəyicilərinə 224205 sayda mesaj göndərilməklə onların məlumatlandırılması təmin edilib.

Nazirlikdən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, telefon məlumat xidmətinə daxil olmuş müraciətlərin 117 496-sı canlı olaraq müfəttiş-operatorlar, 125 866-sı isə avtomatik rejimdə elektron operator tərəfindən cavablandırılıb. Müfəttiş-operatorlar tərəfindən cavablandırılmış suallar arasında elektron xidmətlər (25,5%), vergi növləri (19,5%), qeydiyyat (15,2%) barədə suallar, avtomatik rejimdə cavablandırılmış suallar arasında isə vergi növləri (77,9%) və dövlət büdcəsinə olan vergi borcları (22,1 %) barədə suallar üstünlük təşkil edib.

2011-ci ildə canlı əlaqə zamanı müfəttiş-operatorlar tərəfindən cavablandırılan müraciətlərin sayı 2010-cu ilə nisbətən 62,7% artıb.

Canlı əlaqə zamanı müfəttiş-operatorlar tərəfindən 4 414 suala əks əlaqə yaradılaraq cavab verilib. 1060 halda buraxılmış zənglərlə bağlı əks əlaqə yaradılaraq müraciət etmiş şəxslərə müvafiq xidmətlər göstərilib.

İl ərzində vətəndaşlardan şikayət (ərizə) və məlumat xarakterli 555 müraciət qəbul edilərək aidiyyəti üzrə göndərilib.

Vergi ödəyicilərindən daxil olan sualların 99,2%-nə müfəttiş-operatorlar dərhal, 0,8%-nə isə sual vərəqəsi tərtib edilərək araşdırıldıqdan sonra cavab veriblər. Sualların 86%-i Bakı şəhərindən, 9,7%-i mobil operatorlardan, qalanı isə ölkənin müxtəlif bölgələrindən daxil olub.

Xəbər lenti

Xəbər lenti