...

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının həcmi yanvar ayı ərzində 100 milyon dollardan çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Fevral 2012 13:39 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 2012-ci ilin yanvar ayı ərzində 102,3 milyon dollar (bir faiz) artıb.
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının həcmi yanvar ayı ərzində 100 milyon dollardan çox artıb

Azərbaycan, Bakı, 6 fevral / Trend , müxbir N.İsmayılova/

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 2012-ci ilin yanvar ayı ərzində 102,3 milyon dollar (bir faiz) artıb. Trend-in məlumatına görə, bu barədə AMB-nin bazar ertəsi yaydığı məlumatda deyilir.

"2012-ci ilin yanvar ayının yekunları üzrə valyuta ehtiyatları 2011-ci ilin yanvar ayına nisbətən 61,2 faiz artaraq 10 583,8 milyon dollar olub", - məlumatda deyilir.

2010-cu ilin yekunları üzrə AMB-nin valyuta ehtiyatları 6 407,6 milyon dollar, 2011-ci ilin yekunları üzrə isə 10481,5 milyon dollar təşkil edib.

Mərkəzi Bank 2012-ci ildə sərəncamında olan valyuta ehtiyatlarının təxminən üç milyard dollar artacağını gözləyir.

Xəbər lenti

Xəbər lenti