...

Azərbaycanda qeyri-neft sektorundan vergi daxilolmaları 40 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2012 15:31 (UTC +04:00)
Yanvar ayında Azərbaycanda ölkənin qeyri-neft sektoru hesabına təmin edilən vergi daxilolmaları 40 faiz artıb.
Azərbaycanda qeyri-neft sektorundan vergi daxilolmaları 40 faiz artıb

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir N.İsmayılova/

Yanvar ayında Azərbaycanda ölkənin qeyri-neft sektoru hesabına təmin edilən vergi daxilolmaları 40 faiz artıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib.

"Ötən il nazirlik büdcəyə təxminən 5,5 milyard manatın daxil olmasını təmin edib ki, bu da 2010-cu ilin göstəricisini 27,5 faiz üstələyir", - Ələkbərov deyib.

Ötən il qeyri-neft sektorundan daxilolmalar 22 faiz artıb və bu artım tendensiyası gələcəkdə də qorunacaq.

2012-ci il üçün dövlət büdcəsinin gəlirləri 16,438 milyard manat səviyyəsində proqnozlaşdırılır, burada neft sektorundan ödənişlərin payına 12 milyard, qeyri-neft sektorundan ödənişlərin payına isə 4,4 milyard manat düşür. Qeyri-neft sektorundan ödənişlərin xüsusi çəkisi 26,8 faiz səviyyəsində proqnozlaşdırılır.

Vergilər Nazirliyi xətti üzrə daxilolmalar 5 311,6 milyon manat səviyyəsində, o cümlədən PSA tipli neft-qaz sazişləri çərçivəsində işləyən podradçı şirkətlərin gəlir vergisi üzrə ödənişlər 810 milyon manat, ARDNŞ xətti ilə birləşdirilmiş vergilər və digər ödənişlər (mənfəət vergisi istisna olmaqla) 1 321,6 milyon manat, qeyri-neft sektorundan vergi və qeyri-vergi ödənişləri 3 180 milyon manat səviyyəsində müəyyənləşdirilib.

Fevralın 7-nə olan rəsmi məzənnə 0,7863 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti