Azərbaycan, Bakı, 21 fevral /Trend/
Martın 5-də Tacikistanın paytaxtı Düşənbə şəhərində Azərbaycan və Tacikistan arasında ticari-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə hökumətlərarası komissiyanın ilk iclası keçiriləcək.
İqtisadi İnkişaf Nazirliyindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, iclasda Azərbaycan və Tacikistan arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə ediləcək.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulur.