...

Azərbaycanda istehlakçıların hüquqlarının pozulması faktının qarşısı alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Fevral 2012 16:29 (UTC +04:00)
Azərbaycanda istehlakçıların hüquqlarının pozulması faktının qarşısı alınıb
Azərbaycanda istehlakçıların hüquqlarının pozulması faktının qarşısı alınıb

Azərbaycan, Bakı, 22 fevral /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən "Birlik" MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı, müəssisədə istehsal edilən polietilen qablaşdırmada olan elektrik naqillərinin etiketlərində ölçüyə dair məlumatın yanlış göstərilməsi ilə istehlakçıların aldadılması halı müəyyən olunmuşdu.

Nazirlikdən Trend-ə verilən məlumata görə, bununla əlaqədar, həmin təsərrüfat subyekti barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdı.

Dövlət Xidmətində işə baxılmış və "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərini pozduğuna görə, "Birlik" MMC-yə 2 min manat maliyyə sanksiyası tətbiq edilib.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqsız rəqabətə qarşı tədbirlərini davam etdirir.

Xəbər lenti

Xəbər lenti