...

Caspian NavTel şirkəti Azərbaycan yollarında daim yenilənən xəritə ilə GPS naviqasiya sistemini təqdim edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Fevral 2012 13:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 fevral / Trend/

Hər kəsə məlumdur ki, son vaxtların ən aktual problemlərindən biri tıxaclardır. Bu, həm sürücülər, həm də yol hərəkətinin digər iştirakçıları üçün stress, əsəb gərginliyi deməkdir. Günümüzdə yaşanan dinamik həyat tərzində tıxacda ilişib qalmaq xoş hal deyil. İşdən çıxaraq evə tələsən, və ya hər hansı bir mühüm iş görüşməsinə gedən həyəcanlı adamı yaranan səs-küy, avtomobillərdən çıxan tüstü, dörd tərəfdən eşidilən siqnallar lap əldən salır. Eynilə də radar və evakuator kimi, sürücülərin hər an rastlaşa biləcəkləri "sürprizlər", ən azı gün boyunca insanın qanının qaralmasına, ruh düşkünlüyü keçirməsinə kifayət edir.

Bütün bu problemlərdən bir çıxış yolu var, o da Caspiannavtel-dir!

Caspian NavTel şirkətinin əsası 2007-ci ildə qoyulub, əsas məqsədi ölkəmizdə elektron xəritə əsasında GPS naviqasiya sistemini tətbiq etməkdir. Peyk rabitəsi demək olar ki, həyatın bütün sahələrində müvəffəqiyyətlə tətbiq olunmaqdadır. Peyk televiziyaları, internet bu gün bu sistemin ən bariz nümunələrindəndir.

Azərbaycan Respublikasının tam təfsilatlı, mükəmməl yol xəritəsini hazırlayan Caspian NavTel şirkətinin təklif etdiyi unikal funksionallığa malik naviqatorlar, sürücülərə öz marşrutlarını qabaqcadan planlaşdırmaq imkanı yaradır. Belə ki, yollardakı tıxaclar, radarlar və evakuatorların gəzdiyi küçələr haqda yenilənmiş məlumatları hər an avtomobillərdəki naviqatorlara ötürən Caspian NavTel-in bu xidməti sayəsində, artıq hər kəs alternativ marşrut seçərək, problemlərdən özünü sığortalayacaq.

Qeyd edək ki, Caspian NavTel GPS naviqasiya sisteminə bağlı daim yeniləşən xəritəni tətbiq edən ilk Azərbaycan şirkətidir. Sürücülər şirkətin təklif etdiyi naviqatorları əldə etməklə, ölkəmizin bütün şəhər, rayon, küçə adları, mehmanxanalar, banklar, restoranlar, univermaqlar, tibb və ticarət mərkəzləri, məktəblər, universitetlər, xidmət mərkəzləri, yanacaq doldurma məntəqələri və.s. kimi maraq obyektlərini də axtarmaq əziyyətindən xilas olacaqlar, çünki Caspian NavTel-in naviqatorlarında 70.000-dən artıq obyekt haqda məlumat yer alıb! Onu da qeyd etmək yerinə düşər ki, bu məlumatlar günü-gündən yenilənir və aktuallaşır!

Ətraflı məlumat üçün http://www.caspiannavtel.com saytına daxil ola, ya da şirkətin 4082170 nömrəli qaynar xəttinə zəng vura bilərsiniz.

Xəbər lenti

Xəbər lenti