...

"Bank of Baku" qadın müştərilər üçün kreditin illik faiz dərəcəsini azaldır

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2012 10:57 (UTC +04:00)
"Bank of Baku" qarşıdan gələn 8 mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar bütün Azərbaycan xanımları üçün pul və istehlak kreditlərinə 4 faizlik endirim elan edir.
"Bank of Baku" qadın müştərilər üçün kreditin illik faiz dərəcəsini azaldır

Azərbaycan, Bakı, 1 mart / Trend/

"Bank of Baku" qarşıdan gələn 8 mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar bütün Azərbaycan xanımları üçün pul və istehlak kreditlərinə 4 faizlik endirim elan edir. Trend-in məlumatına görə, bu barədə bankın cümə axşamı yaydığı məlumatda deyilir.

1-7 mart tarixləri arasında Azərbaycan Respublikasının vətəndaşı olan hər bir xanım istehlak və pul kreditlərinin illik faiz dərəcəsində 4 faizlik endirim fürsətindən faydalana bilər ( Bu kampaniyaya avtomobil, ipoteka, əmanət və VİP kreditlər şamil edilmir).

İndi hər bir xanım 24 ay müddətinə, şərti olaraq, 2000 manatlıq kredit götürürsə, onun aylıq ödəniləcək vəsaiti, yeni müştərilər üçün 110 manat, müsbət kredit tarixçəsi olan təkrar müştərilər üçün isə 106 manata bərabər olacaq. Kreditin ən yüksək həddi 5000 manatdır.

"Azərbaycan qadınlarına dəyər və önəm verdiyini nümayiş etdirmək üçün "Bank of Baku" onlara belə bir hədiyyə etmək qərarına gəlib. Bunda məqsədimiz xanımlarımızın gündəlik tələbat və ehtiyaclarına cavab verməkdir. Qarşıdan gələn bayram münasibətilə hər bir Azərbaycan xanımını təbrik edən "Bank of Baku" onlara uğur və səadət diləyir. Beləliklə, indi hər bir Azərbaycan xanımı bu endirimdən yararlana bilər", - bankın Reklam və İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Nigar Qasımova bildirir.

Kampaniyanın təfsilatları ilə yaxından tanış olmaq üçün "Bank of Baku" nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq mümkündür. Bank of Baku istənilən sualı onlayn rejimdə də cavablandırmağa hazırdır. Bunun üçün www.bankofbaku.com və ya sosial şəbəkə səhifəsi- www.facebook.com/bankofbaku.com-a baş çəkmək yetərlidir.

Xəbər lenti

Xəbər lenti