...

Azərbaycan Mərkəzi Bankı kredit məlumatlarına çıxışı genişləndirməyə hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Mart 2012 11:40 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) təcili və faizli kreditlər verən bütün kredit təşkilatlarının kredit məlumatlarının mübadiləsində iştirakını dəstəkləyir.
Azərbaycan Mərkəzi Bankı kredit məlumatlarına çıxışı genişləndirməyə hazırdır

Azərbaycan, Bakı, 12 mart / Trend, müxbir A.Axundov /

Azərbaycan Mərkəzi Bankı (AMB) təcili və faizli kreditlər verən bütün kredit təşkilatlarının kredit məlumatlarının mübadiləsində iştirakını dəstəkləyir. Bu barədə çərşənbə axşamı jurnalistlərə Azərbaycan Mərkəzi Bankı yanında Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin (MKR) rəhbəri Elçin Həbibov bildirib.

"Hazırda müvafiq hüquqi-normativ bazanın hazırlanması işləri gedir. Gələcəkdə biz lizinq, telekommunikasiya şirkətlərinin, kommunal müəssisələrin bu prosesdə iştirakını görürük. Lakin bu gün hələ bunun hansı struktur - kredit reyestri və ya kredit bürosu çərçivəsində həyata keçiriləcəyi məlum deyil", - Həbibov deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda çalışan banklar kreditlər haqqında məlumatları hər ay Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinə göndərirlər.

"Azərbaycanda fəaliyyət göstərən 27 bank olmayan kredit təşkilatından 20-si MKR-ə qoşulub, yerdə qalan 7 təşkilat texniki potensialın artırılması və reyestrə qoşulmaq üçün lazım olan proqram təminatına hazırlıq üzərində işləyirlər", - MKR rəhbəri deyib

MKR 2005-ci ilin martından fəaliyyətə başlayıb.

Xəbər lenti

Xəbər lenti