Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir A.Axundov/
Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "A-Qroup" sığorta şirkətinin adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.
Emissiya çərçivəsində səhmlərin nominal dəyəri 62,4 faiz artırılıb. Trend-in məlumatına görə, bu barədə QKDK-nin yaydığı məlumatda deyilir.
Emissiyanın yerləşdirilməsi 375 manat nominalında 7750 səhmin 609 manat nominallı eyni həcmdə səhmə konvertasiya yolu ilə həyata keçiriləcək.
Beləliklə, şirkətin nizamnamə kapitalı 2,91 milyon manatdan 4,72 milyon manatadək artacaq.