...

Tbilisi-Bakı aviareysi yubanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Aprel 2012 10:53 (UTC +04:00)
Duman səbəbindən "Azərbaycan Hava Yolları" QSC-nin həyata keçirdiyi Tbilisi-Bakı reysinin Bakıya gəlişi yubanır.
Tbilisi-Bakı aviareysi yubanır

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir E.İsmayılov/

Duman səbəbindən "Azərbaycan Hava Yolları" QSC-nin həyata keçirdiyi Tbilisi-Bakı reysinin Bakıya gəlişi yubanır. Bu barədə şənbə günü Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat veriblər.

Məlumata əsasən, paytaxta yerli vaxtla saat 03:10-da gəlməli olan təyyarə hələ Tbilisidədir və onun uçuş vaxtı məlum deyil.

Dünən əlverişsiz hava şəraiti ilə əlaqədar Türkiyə hava yollarının İstanbul-Bakı aviareysi də ləğv edilib. Həmin təyyarə Bakı vaxtı ilə saat 19:45-də gəlməli idi. Məlumata əsasən, İstanbul-Bakı aviareysi bu gün reallaşdırılacaq. İlkin məlumatlara əsasən, təyyarə İstanbuldan Bakı vaxtı ilə saat 11:00-da uçmalı idi.

Digər aviareyslərin reallaşdırılmasında problemlər müşahidə edilmir.

Xəbər lenti

Xəbər lenti