...

"Milla" məhsulları ilə pəhriz və sağlamlıq

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Aprel 2012 20:35 (UTC +04:00)
Son günlərdə pəhriz çox məşhur müzakirə obyektidir.
"Milla" məhsulları ilə pəhriz və sağlamlıq

Azərbaycan, Bakı, 12 aprel /Trend/

Son günlərdə pəhriz çox məşhur müzakirə obyektidir. Bizim bir çoxumuz fiziki cəhətdən durğun həyat tərzi keçiririk və elə bu səbəbdən də yağlı qidaların qəbuluna çox diqqət yetirməliyik. İdmanla məşğul olmaq və pəhriz saxlamaq sağlamlığın və normal bədən çəkisinə sahib olmağın əsas yoludur. Sağlamlığın bizim həyatımızda rolu böyükdür və "Milla" brendi Sizə süd məhsullarından zövq almağa, eyni zamanda, sağlam olmağa kömək edir.

Əgər siz südü uşaqlıq dövründə tərk edirsinizsə, bu o deməkdir ki, siz kalsiumun ən yaxşı mənbələrindən birini itirirsiniz. Kalsium qaymağı götürülmüş süddə adi südə nisbətən daha çoxdur, çünki kalsium südün tərkibindəki yağlarda deyil, üzü alınmış qatı süddə olur. Südün tərkibində D vitamini var, hansı ki, bu da onun pəhriz mənbələrindən və xərçəng əleyhinə mübarizə vasitələrindən biri olmasını göstərir. Süd məhsulları qan təzyiqini təbii yolla azaldan maqnezium və kalsiumun əsas mənbəsidir.

Araşdırmalar göstərir ki, gündəlik istifadə etdiyimiz stəkanla bir "Milla" südünün 0,1 faizi belə kolorektal xərçəng riskini 15 faizə qədər azalda bilər.

Bütün dünya tədqiqatçıları yağlılığı az olan süddən istifadə etməyin faydaları barədə aşağıdakıları müəyyən ediblər:

- Az yağlılığa malik süd gümrah olmağınızı təmin edir;
- Aşağı xolesterinə malik süd yüksək qan təzyiqi və ürək çatışmazlıqlarının qarşısını alır;
- Tərkibində kalsiumu çox olan süd Osteoprozun qarşısını alır;
- Tərkibində zülal çox olan süd əzələlərin yaranmasına və möhkəmlənməsinə kömək edir;
- Tədqiqatlar göstərir ki, qaymağı götürülmüş süd bağırsaq xərçəngi və Alzheimer xəstəliyinin qarşısını almağa kömək edir.

"Milla" qaymağı götürülmüş süd məhsullarının tərkibində əlavə zülal var və bu da idmanla məşğul olan və ya fiziki enerji sərf edən insanlar üçün çox faydalıdır. Bunun isə əsas səbəbi odur ki, qaymağı götürülmüş süd bədəni həzmi və parçalanması bir neçə saat alan kazein proteinləri ilə təmin edir. Bu xüsusi xassə gərgin istifadədən sonra əzələləri gücləndirir və onları qoruyur. Həqiqətən də bəzi insanlar gərgin iş gündən sonra, digər qidalardan az qəbul etdikdə və ya heç qəbul etmədikdə belə süd bədəni qidalandırdığı üçün yatmazdan əvvəl qaymağı götürülmüş süd içirlər.

"Milla" brendinin Azərbaycan bazarında beş aydır fəaliyyət göstərməsinə baxmayaraq ki, o, tez bir zamanda münasib yerli qiymətlərdə yüksək keyfiyyəti təmin edərək alıcıların inamını qazanıb və nəticə etibarilə, "Milla" sağlam və keyfiyyətli süd məhsullarını alıcılarla bölüşməyə davam edir.

Xəbər lenti

Xəbər lenti