Azərbaycan, Bakı, 16 aprel /Trend/
Azərbaycan bankı "DəmirBank" "Allure" sisteminə qoşularaq, əhali üçün təcili pul köçürmə xidmətləri çeşidini genişləndirib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi bankın yaydığı məlumatda deyilir.
"Allure" sistemi ilə müştərilər Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Latviya, Moldova və İsrail üzrə ABŞ dolları, avro və Rusiya rublu ilə pul vəsaiti göndərə və ala bilərlər.
"DəmirBank" hazırda əhaliyə 11 sistem üzrə təcili pul köçürmə xidmətləri təklif edir. Bank pul köçürmələri sahəsində müxtəlif kampaniya və aksiyalar həyata keçirir. Bütün bu amillər müştəri məmnuniyyətinin artmasına səbəb olur. 2012-ci il ərzində daha bir neçə pul köçürmə sisteminə qoşulmağı planlaşdırırıq" , - bankın İdarə Heyətinin sədr müavini Yusif Cabbarov bildirib.
Pul köçürmə xidmətləri "DəmirBank"ın bütün filial və şöbəsində göstərilir. Bank "Western Union", "Zolotaya Korona", "Bıstraya Poçta", "Contact", "Coinstar", "Blizko", "PrivatMoney", "Migom", "Lider" və "Allure" sistemləri ilə beynəlxalq köçürmələr həyata keçirir. "DəmirBank" özünün "Şimşək" sistemi ilə əhaliyə ölkədaxili köçürmə xidmətləri də göstərir.
"DəmirBank"ın filiallarında ən azı 500 AZN / USD / EUR və ya 15000 RUR məbləğində pul köçürənə və ya alana 1 manatlıq, ən azı 2000 AZN / USD / EUR və ya 60000 RUR olduqda isə 2 manatlıq mobil danışıq kartı hədiyyə olunur.
Bankın pul köçürmə xidmətləri və kampaniyaları barədə www.demirbank.az saytından və ya 149 nömrəsinə zəng etməklə müştərilər ətraflı məlumat əldə edə bilər.