...

Paşa Bank "Azərbaycanın Ən Yaxşı İnvestisiya Bankı" elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Aprel 2012 14:26 (UTC +04:00)
Nüfuzlu beynəlxalq maliyyə jurnalı olan "EMEA Finance" 2011-ci ilin Avropa Bankçılıq Mükafatının (Europe Banking Awards 2011) qaliblərinin siyahısını elan edib.
Paşa Bank "Azərbaycanın Ən Yaxşı İnvestisiya Bankı" elan edilib

Azərbaycan, Bakı, 19 aprel /Trend/

Nüfuzlu beynəlxalq maliyyə jurnalı olan "EMEA Finance" 2011-ci ilin Avropa Bankçılıq Mükafatının (Europe Banking Awards 2011) qaliblərinin siyahısını elan edib. bu barədə cümə axşamı Trend-ə "Paşa Bank"dan məlumat verilib.

Səsvermənin nəticələrinə görə, "Azərbaycanın Ən Yaxşı İnvestisiya Bankı" nominasiyasında qalib kimi "Paşa Bank seçilib.

"Europe Banking Awards 2011" mükafatının qalibləri maliyyə sənayesi üzrə dünyanın aparıcı ekspert-analitiklərinin və bankçılıq üzrə məsləhətçilərin iştirak etdikləri səsvermə nəticəsində müəyyən edilir. İnkişaf edən ölkələrin bazarlarında bank sektorunun təhlilində aktivlərin çoxalması, mənfəətlilik, strateji münasibətlərin inkişafı, müştəri xidmətləri sahəsi, rəqabətaparma qabiliyyəti, innovasiya məhsulları istiqaməti və s. kimi meyarlar nəzərə alınır.

"EMEA Finance" jurnalının baş icraçı direktoru Kristofer Murun sözlərinə görə, "Paşa Bank" qiymətli kağızlar bazarında öz aktiv fəaliyyətinə və bu sektoru tənzimləyən dövlət orqanları ilə birgə yerli kapital bazarının inkişafına önəmli töhfəsinə görə bu mükafata layiq görülüb.

"Azərbaycanın Ən Yaxşı İnvestisiya Bankı" nominasiyası üzrə qalib ilk dəfə seçilib və biz çox şadıq ki, bu mükafat ən layiqli namizədə çatdı", - o deyib.

Bankın İdarə Heyətinin üzvü, Xəzinədarlıq və İnstitusional Bankçılığın başçısı Taleh Kazımov öz növbəsində qeyd edilən hadisəyə şərh verərək qeyd edib ki, "Paşa Bank"ın investisiya istiqamətində işinin nəticələrinə peşəkar dairələrdə bu cür yüksək qiymətin verilməsi çox sevindirici haldır. "Biz ötən il bir neçə irimiqyaslı layihələri həyata keçirməyə müvəffəq olduq və "EMEA Finance" tərəfindən bizə verilən bu mükafat inkişaf istiqamətimizi düzgün seçdiyimizə birbaşa dəlalət edir. Bu nüfuzlu mükafatın "Paşa Bank"a verilməsi onun Azərbaycan bankları arasında aparıcı mövqelərinin statusunu bir daha təsdiq edir. Bu, bizim həmin sahədə birinci mükafatımızdır və biz yorulmadan çalışmalıyıq ki, bu, bəhs edilən nominasiyada bizim sonuncu mükafatımız olmasın", - Kazımov vurğulayıb.

Xatırladaq ki, ötən ilin əvvəlindən başlayaraq "Paşa Bank" hüquqi şəxslər üçün anderraytinq xidmətləri təklif etməyə başlayıb ki, bu da qiymətli kağızlar bazarının oyunçuları tərəfindən müsbət qarşılanıb. Bank tərəfindən 70,4 milyon manat dəyərində 4 emitentin korporativ istiqrazları buraxılıb və burada bir yerli kommersiya bankının istiqrazlarının (20 milyon manat dəyərində) digər bank tərəfindən yerləşdirilməsi ilə bağlı Azərbaycan bazarında birinci təcrübəni xüsusi qeyd etməyə dəyər. Bundan əlavə, 2011-ci ildə "Paşa Bank" kağızlar bazarında ilk dəfə qiymətli market-meyker qismində çıxış edib. Artıq bu gün Bakı Səhm Birjası (BSB) və ya Blumberq terminalı vasitəsilə bank tərəfindən təyin edilən istiqrazların alışı/satışı qiymətlərini gündəlik olaraq müşahidə etmək mümkündür, bilavasitə BSB-də isə onların alışı və satışı üzrə əməliyyatları həyata keçirmək olar. Gələcəkdə yeni emitentlərin buraxılmasını təşkil edərək, bank bazarın peşəkar iştirakçısı kimi, öz mövqelərini gücləndirməyi, ikinci dərəcəli qiymətli kağızlar bazarını inkişaf etdirməyi planlaşdırır ki, bu da birmənalı şəkildə, ümumiyyətlə, qiymətli kağızlar bazarının inkişafına təsir göstərəcək.

Ümumilikdə isə, 2011-ci ilin nəticələrinə görə, bankın qiymətli kağızlar portfeli ümumi aktivlərin təxminən 45 faizini (261 milyon manat) və Xəzinədarlıq tərəfindən bilavasitə idarə edilən aktivlərin 80 faizini (322 milyon manat) təşkil edir.

Qeyd edək ki, "EMEA Finance" jurnalı "Exporta Publishing & Events Ltd" təşkilatının beynəlxalq maliyyə sahəsində hadisələrin və tədbirlərin icmalını aparan maliyyə nəşridir. Jurnal bir çox maliyyə təşkilatları və onların Avropa, Yaxın Şərq və Afrikada (ixtisarla EMEA) inkişaf edən ölkələrdəki müştəriləri üçün müstəqil ekspert nəşri sayılır.

Xəbər lenti

Xəbər lenti