...

Bakı beynəlxalq aeroportu normal rejimdə işləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Aprel 2012 07:12 (UTC +04:00)
Duman Heydər Əliyev Beynəlxalq Aeroportunda təyyarələrin qəbuluna və yola salınmasına təsir etməyib.
Bakı beynəlxalq aeroportu normal rejimdə işləyir

Azərbaycan, Bakı, 23 aprel / Trend /

Duman Heydər Əliyev Beynəlxalq Aeroportunda təyyarələrin qəbuluna və yola salınmasına təsir etməyib. Bu barədə bazar ertəsi günü Trend-ə aeroportdan bildirilib.

Məlumata görə, təyyarələrin qəbulu və yola salınması cədvələ uyğun həyata keçirilir.

Aprelin 23-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.

Xəbər lenti

Xəbər lenti