...

Dövlət Statistika Komitəsi 2012-ci ildə inflyasiyanın minimum səviyyədə olacağını proqnozlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Aprel 2012 12:24 (UTC +04:00)
Azərbaycan Dövlət Statistika Komitəsi 2012-ci ildə inflyasiyanın üç-dörd faiz səviyyəsində olacağını proqnozlaşdırır.
Dövlət Statistika Komitəsi 2012-ci ildə inflyasiyanın minimum səviyyədə olacağını proqnozlaşdırır

Azərbaycan, Bakı, 23 aprel / Trend, müxbir A.Axundov /

Azərbaycan Dövlət Statistika Komitəsi 2012-ci ildə inflyasiyanın üç-dörd faiz səviyyəsində olacağını proqnozlaşdırır. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Komitənin sədri Arif Vəliyev məlumat verib.

2011-ci ildə istehlak qiymətlərinin indeksi 7,9 faiz, 2010-cu ildə 5,7 faiz təşkil edib.

"2012-ci ilin birinci rübündə ölkənin sosial-iqtisadi inkişafını əks etdirən makroiqtisadi göstəricilər artıb. Pensiyaların məbləği və əhalinin gəlirləri artıb, inflyasiya isə minimum səviyyədə qalıb", - o qeyd edib.

Vəliyevin sözlərinə görə, bu ilin birinci yarısı inflyasiya 3,1 faiz təşkil edib.

Birinci rübdə ölkədə ÜDM 0,5 faiz artaraq 12,3 milyard manata çatıb. Hesabat dövründə adambaşına ÜDM 1346,1 manat, yaxud 1711,9 dollar təşkil edib.

Komitə sədrinni sözlərinə görə, qeyri-neft sektorunda ÜDM 7,7 faiz artıb, neft sektorunda isə 4,7 azalıb.

Xəbər lenti

Xəbər lenti