Aprelin 26-da Royal Collection butikində dünyaşöhrətli zərgərlik məmulatlarının brendi- Garrardın prezentasiyası keçirilmişdir.
Garrard Zərgərlik Evinin zəngin tarixi və sadiq olduğu ənənələri var. Sirkətin təməli 1735-ci ildə, uğurlu işləriylə tanınmış, usta-zərgər Georqe Wickes tərəfindən Londonda qoyulmuşdu. Nəfis zərgərlik bəzək əşyalarına görə və məmulatlarının incə zövqünə görə bu brend kral ailəsinin bir çox fərdləri tərəfindən qiymətləndirilmişdi. GARRARD evinin 250 illik tarixində 1843-cü il ən önəmli il sayılır. Məhz bu ildə gənc kraliça Victoria bu sirkətə krallığın zərgəri titulunu vermişdi. Sirkət indiyə qədər bu adı qürurla daşıyır. Kraliça Elizabeth II-nin kolleksiyasındakı məşhur "Burmese Ruby Tiara" 1973-cü ildə Garrard & Co sirkətin kral evi zərgərləri tərəfindən, kraliçanın birbaşa sifarişi ilə hazırlanmışdı. 200 ildən artıq bir dövrdə Garrard & Co sirkəti dünyada bəzi ən nüfuzlu idman qənimətlərinin, korporativ hədiyyələrin və xatirə əşyalarının inkişafı və yaranmasında məsuliyyət daşımışdır.
Royal Collection butiki, zərgərlik incəsənətini qiymətləndirən və sevənləri Bül-bül 18 ünvanında yerləşən (tel.: 4934084) və mayın sonuna qədər davam edəcək Garrard brendinin, həqiqətən krallara layiq, seçmə kolleksiyasından ibarət olan sərgisinə dəvət edir.
Garrard zərgərlik brendi Azərbaycanda Italdizain Group kompaniyası tərəfindən təqdim olunur.