...

Aprel ayında brokerlərin renkinqinə "ADB-Broker" başçılıq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 May 2012 17:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 may /Trend/

2012-ci ilin aprel ayında dövlət qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) brokerlərin renkinqində göstərilmiş xidmətlərin həcminə görə "ADB-Broker" başçılıq edib. Şirkət 1 müştəriyə ümumi dəyəri 63 794 894,70 manat olan broker xidmətləri göstərib. Bu barədə çərşənbə günü Trend-ə Bakı Fond Birjasından məlumat verilib.

İkinci yeri 4 müştəriyə ümumi həcmi 23 895 925,40 manat olan broker xidmətləri göstərmiş "Çelsi Kapital" tutub.

Göstərilmiş broker xidmətlərinin həcminə görə üçüncü yerdə isə 7 994 9110,40 manatla "BoB Broker" qərarlaşıb.

2012-ci ilin aprel ayı üzrə DQK bazarında göstərilmiş xidmətlərin həcminə görə brokerlərin renkinqi

Xidmətlərin həcminə görə cari yeri

Xidmətlərin həcminə görə əvvəlki yeri

Brokerlər

Əqdlərin sayı

Müştərilərin sayı

Əməliyyatların həcmi

(AZN)

1 (▲)

2

"ADB-Broker" MMC

8

1

63 794 894,70

2 (▼)

1

"Çelsi Kapital" MMC

8

4

23 895 925,40

3 (-)

3

"BoB Broker" MMC

3

1

7 994 910,40

4 (-)

-

"Brokdil-Az" MMC

2

1

4 997 507,93

5 (-)

5

"Texnika Kapital Menecment" MMC

4

2

3 550 083,50

Xəbər lenti

Xəbər lenti