Azərbaycan, Bakı, 5 may /Trend/
Bakı-Naxçıvan-Bakı aviamarşrutu üzrə altı reys təyinat məntəqələrinə çoxsaatlıq yubanma ilə gəlib. Bunun səbəbi Naxçıvanda hava şəraitinin pis olması ilə əlaqədardır.
Heydər Əliyev Beynəlxalq Aeroportundan Trend-ə bildirdiklərinə görə, Bakıdan cümə günü saat 14:00, 19:00 və 23:55-də yola düşməli olan müvafiq olaraq J2 253, J2 255 və J2 257 reyslərinin təyyarələri şənbə günü saat 02:02, 02:14 və 04:28-də havaya qalxıb.
Azərbaycan paytaxtına cümə günü saat 17:00 və 22:00-da və şənbə günü saat 02:55-də gəlməli olan müvafiq olaraq J2 254, J2 256 və J2 258 reysləri isə saat 04:49, 05:11 və 07:09-da yerə enib.
Bakı-Naxçıvan-Bakı reysində çoxsaatlıq gecikmələr olub
Bakı-Naxçıvan-Bakı aviamarşrutu üzrə altı reys təyinat məntəqələrinə çoxsaatlıq yubanma ilə gəlib. Bunun səbəbi Naxçıvanda hava şəraitinin pis olması ilə əlaqədardır.
