...

Azərbaycanda "Avro-3" ekoloji standartı hazırlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 May 2012 13:04 (UTC +04:00)
Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi "Avro-3" standartı hazırlayıb.
Azərbaycanda "Avro-3" ekoloji standartı hazırlanıb

Azərbaycan, Bakı, 10 may / Trend, müxbir A.Axundov /

Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi "Avro-3" standartı hazırlayıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Ramiz Həsənov bildirib.

"Hazırda bu standart razılaşdırma mərhələsindədir, o yaxın vaxtlarda qəbul ediləcək", - Həsənov deyib.

"Avro-3" - dizel və benzin mühərrikli nəqliyyat vasitələrindəki işlənmiş qazlarda zərərli maddələrin saxlanmasını tənzimləyən ekoloji standartdır. Standart 1999-cı ildə Aİ-də tətbiq edilib və 2005-ci ildə "Avro-4" standartı ilə əvəz edilib.

Hazırda Azərbaycanda "Avro-2" standartı üzrə ekoloji normalar tətbiq olunur.

Xəbər lenti

Xəbər lenti