...

Flydubai Rumıniya və Makedoniya paytaxtlarına reys açır

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyun 2012 11:34 (UTC +04:00)
Flydubai aviaşirkəti Buxarest və Skopye şəhərlərinə reys açır.
Flydubai Rumıniya və Makedoniya paytaxtlarına reys açır

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir E.İsmayılov/

Flydubai aviaşirkəti Buxarest və Skopye şəhərlərinə reys açır. Trend-in məlumatına görə, bu barədə aviaşirkətin cümə günü yaydığı məlumatda deyilir.

Beləliklə, qənaətcil aviaşirkət 10 Mərkəzi və Şərqi Avropa ölkəsinin 15 şəhərinə aviareyslər həyata keçirəcək. Qeyd edilən istiqamətlərin, üç yaşı tamam olan flydubai-ın marşrut şəbəkəsinə əlavə olunması, aviaşirkətin Orta Asiyada ən uğurlu hava daşıyıcısı kimi mövqelərini daha da möhkəmləndirəcək.

2009-cu ilin Noyabrından, Bakı şəhərinə yerinə yetirilən ilk uçuşdan sonra, aviaşirkət regionun Gürcüstan, Qırğızstan, Rusiya, Serbiya, Türkmənistan və Ukrayna daxil olmaqla, digər istiqamətlərinə üz tutdu. Eyni zamanda, Dubaydan Belqrad, Donetsk və Xarkov şəhərlərinə birbaşa aviareyslər həyata keçirən ilk hava daşıyıcısı oldu.

Buxarest və Skopye şəhərləri üzrə yeni marşrutlar Dubaydan Mərkəzi və Şərqi Avropanın daha iki şəhərinə rahat və münasib qiymətlərlə səyahət etmək imkanı yaradacaq. Buxarest şəhərinə aviareyslər 2012-ci ilin 1 Oktyabrından başlayaraq, həftədə üç dəfə yerinə yetiriləcək. Skopye şəhərinə uçuşlar 2012-ci ilin 18 Oktyabrından start götürərək, həftədə iki dəfə baş tutacaq.

"flydubay-ın marşrut şəbəkəsinə daxil edilən yeni məntəqələr bizim Orta Asiya ilə daha çox ölkələr arasında əlaqələrin genişləndirilməsi əzmimizi əyani surətdə nümayış etdirir. Həmçinin, səyahət və ticarət imkanlarını artıraraq, biz müştərilərimizə daha geniş seçim təklif etmiş oluruq. Üstəlik, Dubayda səfərdə olan və işləyən Rumıniya və Makedoniya vətəndaşları rahat şəkildə və münasib qiymətlərlə vətənlərinə dönə biləcəklər", - flydubai aviaşirkətinin Baş Direktoru Qeyt Əl Qeyt deyib.

Dubay - Buxarest aviareysinə gediş-dönüş qiyməti 583 ABŞ dollarından başlayır.
Dubay - Skopye aviareysinə gediş-dönüş qiyməti isə 648 ABŞ dollarından başlayır.
Aviareyslərə biletləri flydubai aviaşirkətinin saytı vasitəsi ilə (www.flydubai.com), telefon ilə - Dubayda (+9714 231 1000), və yaxud turizm şirkətlərindən əldə etmək olar.

Dubayın birinci büdcə aviaşirkəti "Flydubai" Dubay hökuməti tərəfindən 2008-ci ilin martında yaradılıb və 2009-cu il iyunun 1-də uçuşlarını yerinə yetirməyə başlayıb. Hal-hazırda aviaşirkət marşrut şəbəkəsini 46 istiqamətə kimi (Fars körfəzi, Yaxın Şərq, Şimali Afrika, Hindistan, Kiçik Asiya və Avropanın bir hissəsi daxil olmaqla) genişləndirib. Bu ərazilər üzərində aviaşirkətin 20 təyyarəsi hava nəqliyyatı xidməti göstərir. Dubay höküməti tərəfindən təsis edilən aviaşirkət, uçuşları daha sadə,rahat və əlverişli qiymətlərlə həyata keçirtməyə çalışıraraq, Dubaya turist axınını artırmağa kömək edir. flydubai aviaşirkətinin məqsədi - səyahətləri daha asan, stress hissindən azad və qənaətcil etməkdir. Şirkətin biznes-modeli qənətcil qiymətlər üzərində qurulub. Aviaşirkət "value-for-money" məhsulunu rəqabətə uyğun təqdim edir. Şirkət Biletləri şirkətin saytından (www.flydubai.com), (+9714 301 0800) telefona zəng edərək və ya turoperatorlardan əldə etmər olar.

Xəbər lenti

Xəbər lenti