...

Azərbaycan Nəqliyyat Nazirliyi ödənişli yolların tikintisi ilə bağlı şərtləri açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2012 14:00 (UTC +04:00)
Azərbaycanın avtomobil yollarında ödənişli gediş yalnız bu yollara alternativ marşrutların mövcud olacağı təqdirdə tətbiq ediləcək.
Azərbaycan Nəqliyyat Nazirliyi ödənişli yolların tikintisi ilə bağlı şərtləri açıqlayıb

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir A.Axundov/

Azərbaycanın avtomobil yollarında ödənişli gediş yalnız bu yollara alternativ marşrutların mövcud olacağı təqdirdə tətbiq ediləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə "Azəryolservis" ASC-nin sədri Cavid Qurbanov bildirib.

"Bu gün ölkədə gediş üçün ödənişin tətbiq edilə biləcəyi yollar mövcuddur. İlk növbədə, bunun üçün Bakıətrafı dairəvi yollardan istifadə etmək olar", - Qurbanov deyib.

Onun sözlərinə görə, ödənişli yollar məsələsi ilə bağlı yeni qanun hazırlanır.

Xəbər lenti

Xəbər lenti