...

TBC Kredit-in rəhbərliyində dəyişiklik olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyul 2012 11:12 (UTC +04:00)
David Kiquradze TBC Kreditdə 4 ildən artıq müddətdə (2008-ci ildən) direktor vəzifəsini (CEO) tutan Giorgi Nadareişvilini əvəz edib.
TBC Kredit-in rəhbərliyində dəyişiklik olub

Azərbaycan, Bakı, 5 iyul /Trend/

David Kiquradze TBC Kreditdə 4 ildən artıq müddətdə (2008-ci ildən) direktor vəzifəsini (CEO) tutan Giorgi Nadareişvilini əvəz edib. Trend-in məlumatına görə, bu barədə qeyri-bank kredit təşkilatının cümə axşamı yaydığı məlumatda deyilir.

Kiquradze 5 ildən artıq TBC Bankın (Gürcüstan) maliyyə departamentinə rəhbərlik edib və 4 iyundan rəsmi olaraq TBC Kreditə rəhbərlik edir.

Rəhbərliyin tərkibindəki dəyişikliyə həsr olunmuş korporativ tədbirdəki çıxışında Kiquradze deyib: "TBC Kreditə rəhbərliyi kreditləşmə sahəsində böyük təcrübəsi olan həmkarım Nadareişvilidən təhvil almaq mənə çox xoşdur. Giorgi öz karyerasını bank sahəsində, Gürcüstanda TBC Bankın strukturunda davam etdirəcək. Mən ona uğurlar arzu edirəm. Səhmdarların tərkibinin dəyişilməsindən etibarən Giorginin direktor vəzifəsinə təyin edilməsi və onun vəzifələrinin icrası dövründə kompaniyada bir sıra uğurlu dəyişikliklər həyata keçirilib: bazarda yeni mövqe, adın dəyişdirilməsi (re-brendinq), məhsul spektrinin artırılması, filial şəbəkəsinin genişləndirilməsi.

Şirkətin bütün kollektivinin düzgün təşkil edilmiş və yaxşı uzlaşdırılmış işi, uğurla keçirilmiş tədbirlər və bacarıqlı rəhbərlik yaxşı maliyyə nəticələrinə gətirib çıxarıb. Hazırda bizə mikrobiznes kreditləşməsinin inkişafına daha çox diqqət ayırmaq vacibdir. Bununla əlaqədar olaraq yeni satış nöqtələrinin və işçi heyətinin artırılması qərarı qəbul edilib. TBC Kreditin təcrübəli komandası, yeni ideyalar və düzgün qoyulmuş məqsədlər kompaniyanın bazarda daha surətli inkişafına kömək edəcək".

Xəbər lenti

Xəbər lenti