...

Azərbaycan bankı kiçik və orta sahibkarlığın inkişafı üçün kredit müqaviləsi imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyul 2012 10:29 (UTC +04:00)
Azərbaycan bankı "AGBank" ASC və İslam İnkişaf Bankı Qrupunun özəl sektorda əsas qolu olan Özəl Sektorun İnkişafı üzrə İslam İnkişaf Korporasiyası (İİK) arasında 5 milyon ABŞ dolları məbləğində kredit müqaviləsi imzalanıb.
Azərbaycan bankı kiçik və orta sahibkarlığın inkişafı üçün kredit müqaviləsi imzalayıb

Azərbaycan, Bakı, 13 iyul /Trend/

Azərbaycan bankı "AGBank" ASC və İslam İnkişaf Bankı Qrupunun özəl sektorda əsas qolu olan Özəl Sektorun İnkişafı üzrə İslam İnkişaf Korporasiyası (İİK) arasında 5 milyon ABŞ dolları məbləğində kredit müqaviləsi imzalanıb.

Bankdan cümə günü Trend-ə verilən məlumata görə, kreditin məqsədi Azərbaycanda əsaslı inkişafa səbəb ola biləcək kiçik və orta sahibkarların seçilmiş layihələrini maliyyələşdirməkdir.

Müqavilə İİK-nın icraçı direktoru və baş meneceri Xalid əl-Abudi və "AGBank" ASC-nin idarə heyətinin sədri Azər Mövsümov tərəfindən imzalanıb.

Xəbər lenti

Xəbər lenti