...

Azərbaycanda qeyri-leqal məşğulluqla mübarizə üzrə işçi qrupu yaradılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyul 2012 14:54 (UTC +04:00)
Statistik məlumatlara görə, 2012-ci ilin əvvəlinə Azərbaycanda məşğul əhalinin sayı 4,375 milyon nəfər olub ki, onlardan 31 faizə yaxını və ya 1,381 milyon nəfər əmək müqavilələri əsasında işləyir.
Azərbaycanda qeyri-leqal məşğulluqla mübarizə üzrə işçi qrupu yaradılır

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir Ə.Həsənov/

Statistik məlumatlara görə, 2012-ci ilin əvvəlinə Azərbaycanda məşğul əhalinin sayı 4,375 milyon nəfər olub ki, onlardan 31 faizə yaxını və ya 1,381 milyon nəfər əmək müqavilələri əsasında işləyir.

Trend-in məlumatına görə, bu barədə cümə günü əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov "Qeyri-leqal məşğulluğun qarşısının alınması və işçilərin əmək hüquqlarının müdafiəsinin gücləndirilməsi" mövzusuna həsr edilmiş konfransda bildirib.

"Bu göstərici həmin problemin mövcudluğunun xeyrinə olan arqumentdir və bu konfransın məqsədi hər hansı əlavə müdaxiləsiz və ya yoxlamalarsız qeyri-leqal məşğulluq problemini həll etməkdir", - Ələkbərov deyib.

Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xüsusi işçi qrupu yaradır. Qrupun tərkibinə Vergilər Nazirliyinin, DSMF-nin, Dövlət Statistika Komitəsinin və başqa dövlət strukturlarının nümayəndələri daxil olacaq. Qrupun məqsədi qeyri-leqal məşğulluqla mübarizə olacaq.

"Bu qrup müntəzəm şəkildə görüşlər keçirəcək, problemləri müzakirə edəcək, habelə sahibkarlarla gördüşəcək", - Ələkbərov qeyd edib.

Nazirin sözlərinə görə, qeyri-leqal məşğul olanların əksəriyyəti özəl sektorda qeydə alınıb, buna görə də həmin problemin həll olunması üçün sahibkarlara tələblərin artırılması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti