...

Azərbaycan Beynəlxalq Bankında əhalinin əmanətləri 31 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 İyul 2012 12:30 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankının (ABB) depozit portfeli 2012-ci ilin I yarısının sonuna 2,646 milyard manat təşkil edib ki, bu da illik müqayisədə 15,6% çoxdur.
Azərbaycan Beynəlxalq Bankında əhalinin əmanətləri 31 faiz artıb

Azərbaycan, Bakı, 26 iyul /Trend/

Azərbaycan Beynəlxalq Bankının (ABB) depozit portfeli 2012-ci ilin I yarısının sonuna 2,646 milyard manat təşkil edib ki, bu da illik müqayisədə 15,6% çoxdur. Bu barədə Trend-ə cümə axşamı Bankın mətbuat xidmətindən məlumat verilib.

Hesabat dövründə əhalinin bankdakı əmanətlərinin həcmi 1,053 mlrd. manata bərabər olub ki, bu da ötən il iyulun 1-nə nisbətən 31% çoxdur.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı 1992-ci ildə təsis edilib. Bankın səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i isə özəl hüquqi və fiziki şəxslərə məxsusdur.

Xəbər lenti

Xəbər lenti