...

"Beynəlxalq ticarət sərgilərində iştirak" mövzusunda seminar keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Sentyabr 2012 20:50 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) birgə təşkilatçılığı ilə "Beynəlxalq ticarət sərgilərində iştirak" mövzusunda seminar keçirilib.
"Beynəlxalq ticarət sərgilərində iştirak" mövzusunda
seminar keçirilib

Azərbaycan, Bakı, 10 sentyabr /Trend/

İqtisadi İnkişaf Nazirliyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) birgə təşkilatçılığı ilə "Beynəlxalq ticarət sərgilərində iştirak" mövzusunda seminar keçirilib. Seminarda aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri və sahibkarlar iştirak ediblər. Bu barədə bazar ertəsi Trend-ə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov Azərbaycanda uğurla həyata keçirilən iqtisadi siyasət nəticəsində ölkəmizin dünyada nüfuzunun daha da artdığını, regionun lider dövlətinə, iqtisadi və mədəni mərkəzinə çevrildiyini vurğulayıb. Qeyd edilib ki, iqtisadi siyasətin prioritetlərindən olan sahibkarlığın inkişafının sürətləndirilməsi məqsədilə biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi, maarifləndirmə, sahibkarların işgüzar əlaqələrinin genişləndirilməsi və s. kimi kompleks tədbirlər davam etdirilir.

Qasımov ölkənin biznes və investisiya imkanlarının təşviqi, Azərbaycan məhsulları üçün yeni bazarların tapılmasının stimullaşdırılması, sahibkarların işgüzar əlaqələrinin genişləndirilməsi məqsədilə keçirilən sərgilər, biznes forumlar və işgüzar görüşlər barədə geniş məlumat verib, beynəlxalq ticarət sərgilərinin keçirilməsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsinin, Almaniya Ticarət Sərgiləri Sənayesi Assosiasiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə bu istiqamətdə həyata keçirilən əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırıb.

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi Məmmədəli Əfəndiyev, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) nümayəndəsi Rüfət Məmmədov sahibkarların beynəlxalq sərgilərdə iştirakı və milli məhsulların nümayiş olunması, ölkə brendinin inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə məlumat veriblər.

Almaniya Ticarət Sərgiləri Sənayesi Assosiasiyasının əməkdaşı, Almaniyanın "Fairconcept GbmH" şirkətinin icraçı direktoru Anna Katharina Eşh rəqabətqabiliyyətli məhsulların seçilməsi və onların ixracının genişləndirilməsi, yerli məhsulların beynəlxalq sərgilərdə uğurlu iştirakı üçün milli məhsulların cəlbediciliyinin artırılması istiqamətində Almaniya təcrübəsi barədə təqdimatlarla çıxış edib.

Seminar sentyabrın 11-də "Beynəlxalq ticarət sərgiləri - strateji marketinq üsulu", "Ticarət sərgisinin seçilməsi - seçim üçün üsullar və rəqəmlər", "Ticarət sərgi layihəsinin idarə edilməsi", "Brendləşdirmədə marketinqin vacibliyi" və s. mövzularla davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti